İran yeni nüvə obyekti tikir
2012-ci ildə İran Milli Müqavimət Şurası Natanzda uranı zənginləşdirmə obyekti aşkar etmişdi. 2010-cu ildə isə qrup Tehranın qərbində yeni nüvə obyekti tapdığını bildirmişdi. ABŞ rəsmiləri həmin obyektdən illərlə xəbərdar olduğunu, lakin həmin sahənin nüvə obyekti olduğuna inanmadığını söyləmişdi.
Nüvə obyekti barədə sonuncu iddialar İranda Həsən Ruhaninin seçildiyi prezident seçkilərindən bir ay sonra irəli sürülüb. Ruhani isə Qərblə nüvə məsələsini həll edəcəyinə vəd verib.
Qeyd edək ki, İran həmişə nüvə proqramının tamamilə dinc xarakterli olduğunu bildirib. Bundan başqa Tehran ABŞ və İsrailin nüvə silahı yaratmaq barədə ittihamlarını inkar edib.
AzVision.az