Nazir “Facebook”u bağlamağı məsləhət gördü

Nazir “Facebook”u bağlamağı məsləhət gördü
  11 İyul 2013    Oxunub:1040
Venesuela naziri vətəndaşlara “Facebook” hesablarını bağlamağı bildirib.
AzVision.az məlumat verir ki, Venesuelanın Pentensiar naziri İris Varela casusluq qalmaqalından sonra internet istifadəçilərinə “Facebook” hesabını bağlamağı məsləhət görüb.

“Həmyerlilər, “Facebook” hesablarınızı bağlayın, çünki özünüz də bilmədən pulsuz Mərkəzi Kəşfiyyat İdarəsinə işləyə bilərsiniz!” – Varela “Twitter” hesabında yazıb.

Qeyd edək ki, nazir bu xəbərdarlığı keçmiş Amerika kəşfiyyatçısı Edvard Snoudenin izlənilməsinə görə edib. Venesuela Snoudenə siyasi sığınacaq verməyi təklif edib. Bundan başqa nazir izlənilən ölkə vətəndaşlarına kompensasiya tələb etməyi məsləhət görüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti