Bankların birləşdirilməsi prosesi başa çatıb
![Bankların birləşdirilməsi prosesi başa çatıb Bankların birləşdirilməsi prosesi başa çatıb](https://azvision.az/photos/66a24e752b6acd5f2b575060abf28f48.jpg)
MB sədrinin görə, indiyədək 6 bankın lisenziyası ləğv olunub: `Sistemdən zəif banklar uzaqlaşdırılıb. Bunun nəticəsində bank sektorunun dayanıqlığı yüksəlib. Yalnız `AGBank` kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq`.
E.Rüstəmov, həmçinin əlavə edib ki, `Azərbaycan İpoteka Fondu` ASC üçün dövlət büdcəsindən 50 milyon manat ayrılıb: `Amma fond büdcədən tam maliyyələşə bilməz. Əlavə mənbələrdən də pul cəlb etməlidir`.
O vurğulayıb ki, sosial ipoteka kreditləri üçün müəyyən edilən faiz dərəcələrində hər hansı dəyişilik olmayacaq: "Kommersiya ipotekasının faiz dərəcələri isə müzakirə edilir və bazara uyğun müəyyən ediləcək. Bütün bunlar yeni yaradılacaq qurumun səlahiyyətində olacaq. Amma ipoteka kreditlərində məbləğin artırılması gözlənilir".
Anar Kəlbiyev