DEPO-ya tunel çəkiləcək -VİDEO

DEPO-ya tunel çəkiləcək -VİDEO
  05 İyul 2013    Oxunub:1845
Tunel “Avtovağzal” stansiyasından uzanacaq
2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulan “Avtovağzal” metrostansiyasının tikinti işləri davam edir. Stansiyanın platforma hissəsində tikinti işləri artıq yekunlaşmaq üzrədir. Digər stansiyalardan fərqlənən bu stansiyanın platformasında 7 vaqon olacaq.

Metro stansiyalar arasında ən uzun platformada “Avtovağzal” stansiyasına məxsus olacaq. Hündürlüyü 9 metr olan stansiyanın platformasının uzunluğu 142 metrdir. Digərlərindən fərqli olaraq, “Avtovağzal” stansiyasında əlillərin istifadəsi üçün lift də quraşdırılacaq. Onlar üçün həm də pilləkənlərdə panduslar da qoyulub.

Platformanın eskalatorla təchiz olunmuş iki giriş-çıxışı olacaq. Ümumilikdə metro stansiyada ikisi Avtovağzal istiqamətində olmaqla, 4 çıxış nəzərdə tutulub. Əlavə olaraq daha bir çıxışın isə Biləcəri qəsəbəsinə olacağı da planlaşdırılır. Vizual olaraq “Koroğlu” və “İçərişəhər” metro stansiyasına bənzəyən “Avtovağzal” stansiyasının əsas giriş-çıxışı da şüşədən olan piramida şəklində quraşdırılıb.

Qeyd edək ki, bundan əlavə metronun “Avtovağzal” stansiyasından Xocasən gölü ətrafında tikilməkdə olan DEPO stansiyasına da tunel çəkiləcək.






Teqlər:  





Xəbər lenti