Obama Misirə çağırış etdi

Obama Misirə çağırış etdi
  04 İyul 2013    Oxunub:1246
Misirin demokratik bir ölkəyə çevrilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
“Misir hərbçilərinin prezident Məhəmməd Mursini hakimiyyətdən kənarlaşdırmasına görə narahatlıq keçiririk”

AzVision.az dünya mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama deyib.

Misir konstitusiyasının ləğvi qərarından da böyük narahatlıq keçirdiyini deyən Obama demokratik dövlətin asanlıqla qurulmayacağını dilə gətirib.

Prezident, ayrılıqda heç bir siyasi partiya və lideri dəstəkləmədiyini, ancaq demokratik hakimiyyətin və hüququn üstünlüklərinə bağlı olduğunu vurğulayaraq Misir ordusunu belə bir həssas dönəmdə ehtiyatlı və məsuliyyətli olmağa çağırıb.

"ABŞ ilə Misir arasındakı əlaqələr köklü şəkildə ümumi dəyərlərə əsaslanır. Misirdə, xalqın maraqlarına xidmət edə biləcək dürüst, qabiliyyətli və xalqı təmsil edə biləcək bir hökumətin qurulmasının tərəfdarıyıq. Misirin demokratik bir ölkəyə çevrilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Qeyd edək ki, Obama, ABŞ qanunları çərçivəsində Misirə hər hansı bir maddi yardımların ölkəsi tərəfindən dəstəklənəcəyini də açıqlayıb.

Mirvari



Teqlər:  





Xəbər lenti