` Wall Street Journal ` Azərbaycandan yazıb

` Wall Street Journal ` Azərbaycandan yazıb
  04 İyul 2013    Oxunub:1191
Amerikanın nüfuzlu “Wall Street Journal” qəzetinin 3 iyul tarixli nömrəsində “Azərbaycan səhiyyə sahəsində yeni aktor kimi inkişaf edir” adlı məqalə dərc edilib.
Məqalədə qeyd edilir ki, Azərbaycan hökumətinin səhiyyə sahəsində öz üzərinə götürdüyü ciddi öhdəliklər bu sektorda potensial sərmayədarlar üçün əlverişli şərait yaradır. “Azərbaycan hökuməti son on ildə səhiyyə üçün xərclər büdcəsini on dəfə artırıb, 500-dən artıq səhiyyə müəssisəsi tikmiş və ya təmir edilib”.

Məqalədə deyilir ki, “Frost & Sullivan” şirkəti tərəfindən aparılmış tədqiqatlara görə, bu gün Azərbaycanın milli məhsulu ilə müqayisədə tibbi ehtiyaclar üçün xərclər o qədər də çox deyil. Hökumət bu problemi aradan qaldırmaq məqsədilə universal sosial təminat tətbiq edilməsini, habelə tibbi müəssisələrin infrastrukturunun yaxşılaşdırılmasına və onlara maliyyə sərbəstliyi verilməsinə yönəlmiş islahatlar keçirilməsini planlaşdırır. 2010-cu ildə Azərbaycan hökuməti səhiyyə proqramlarının həyata keçirilməsi üçün 225 milyon dollar, bütövlükdə səhiyyə sahəsinə isə 612 milyon dollar sərf edib. 2013-cü ildə bu məbləğ artaraq 760 milyon dollara çatacaq.

“Wall Street Journal” yazır ki, bu gün ən böyük problem insan kapitalının, o cümlədən, müasir iş təcrübəsinə malik həkimlərin və şəfqət bacılarının çatışmamasıdır. Bunu nəzərə alan Azərbaycan hökuməti tibbi karyeraya marağı stimullaşdırmaq üçün müvafiq proqramlar həyata keçirir. Buraya gənclərin Türkiyə, Avropa və ABŞ-da tibbi profilli təhsil müəssisələrində oxumasının maliyyələşdirilməsi məsələləri də daxildir.


Teqlər:  





Xəbər lenti