Ermənistan XİN-i vətəndaşlara xəbərdarlıq edib

Ermənistan XİN-i vətəndaşlara xəbərdarlıq edib
  03 İyul 2013    Oxunub:1194
Nazirlik vətəndaşlarına ehtiyatlı olmağı məsləhət görüb.
Ermənistanın Xarici İşlər Nazirliyi vətəndaşlarını bu günlərdə Misirə səfər etməməyə çağırıb.

Misirdə davam edən gərginlik çərçivəsində Ermənistanın xarici siyasət idarəsi orada yaşayan ermənilərə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən uzaq durmağı, hər hansı problem yaranarsa dərhal Ermənistanın Misirdəki Konsulluğu ilə əlaqə saxlamağı məsləhət görüb.

Səbinə həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti