Obama Mursini dəstəkləmədi

Obama Mursini dəstəkləmədi
  03 İyul 2013    Oxunub:1551
ABŞ prezidenti Barak Obama bildirib ki, ABŞ Misirdə demokratiya olmasının tərəfdarıdır və konkret lideri dəstəkləmir.
AzVision.az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, Obamadan Mürsiyə telefon zəngi edilib. “ABŞ administrasiyası Misirdə dinc yolla demokratik dəyişikliklər edilməsini dəstəkləyir” - ABŞ prezidenti bildirib.

Ağ Ev demokratik yolla seçilən Misir prezidenti Məhəmməd Mürsini və misir ordusunu razılıq əldə etməyə təhrik edir. Lakin Obama ilə Mürsinin yaxın əlaqələrinin olduğu da inkaredilməzdir.

Hazırda xaos yaşanan Misirdə təcili dəyişikliklər edilməsi üçün Vaşinqton Mürsiyə istefa verməsi üçün ultimatum verən misir ordusunu yola gətirməyə çalışır. Onlar bildiriblər ki, Mürsi digər siyasi partiyaların da hakimiyyətdə mövqe tutmasına razılıq verməlidir. Əks təqdirdə o, hakimiyyətdən getməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti