Hitlerin dequstatoru: “Hər tikəni yeyəndə öləcəyimdən qorxurdum”

Hitlerin dequstatoru: “Hər tikəni yeyəndə öləcəyimdən qorxurdum”
  03 İyul 2013    Oxunub:1346
Hitlerin dequstatoru Marqot Voelk İkinci Dünya müharibəsinin son illərində hər tikəni udduqda öləcəyindən ehtiyat etdiyini bildirib.
AzVision.az Reuters-ə istinadən məlumat verir ki, Adolf Hitlerin dequstatoru Voelk alman liderinə yemək verərdi. O, saat 11:00-12:00 arası yeməyin dadına baxırdı. Voelk iki - iki il yarım Hitlerin yediyi yeməkləri yoxlayıb. Əgər ona pis təsir etmirdisə - zəhərlənmirdisə və ya xəstələnmirdisə, yemək qablaşdırılaraq hazırda Polşanın şimal-şərqində yerləşən Hitlerin iqamətgahı “Wolf`s Lair”ə göndərilirdi.

“Hitler vegetarian olduğundan ona qulançar, meyvə, bibər və gül kələmi kimi qidalar göndərilirdi” - 96 yaşlı Voelk söyləyib.

O, 20 yaşlarında 14 qızla birgə yeməkləri yoxlayırdı. Voelk hər yeməkdən sonra həyatının sonu olacağından qorxurdu. Çünki İngiltərə Hitleri zəhərləmək istəyirdi. Ona görə də, Hitler yeməklərin dadına baxmaq üçün gənc qızları bu işə cəlb etmişdi.

Voelk bildirib ki, ailəsi Hitler siyasətinə qarşı olduğundan o, özü üçün iş tapmağa məcbur olub. O Hitleri heç vaxt görmədiyini söyləyib.

1945-ci ilin aprelində Hitler özünü öldürdükdən sonra Voelk Berlinə qaçır və gizlənir. Lakin rus əsgərləri onu tapır. Digər 14 qız ruslar tərəfindən öldürülür.

Müharibədən sonra Voelk təqaüd sığortası üzrə yeni işə başlayır. O Rusiya əsirliyində təsadüfən iki il ərzində barəsində xəbər almadığı əri ilə rastlaşır. 96 yaşlı Voelk həyatının filmə bənzədiyini söyləyir və hazırda müharibədən əvvəl yaşadığı evdə yaşayır.



AzVision.az


Teqlər:  





Xəbər lenti