Homofobiyanın “qorxulu səviyyəsi”

Homofobiyanın “qorxulu səviyyəsi”
  29 İyun 2013    Oxunub:1553
Afrikanın cənubundan Saxara səhrası boyunca ölkələr homoseksual əlaqələri qanuni şəkildə cinayət hesab etdiyindən burada homofobiya “qorxulu səviyyə”yə çatıb.
AzVision.az The Telegraph-a istinadən məlumat verir ki, insan hüquqlarını müdafiə edən qruplar bildirirlər ki, həmin ölkələrdə dini liderlər və siyasətçilər “irqi ayrı-seçkiliyə qarşı mübarizə aparmaq və bərabərliyi təmin etmək” üçün geylərə qarşı çıxırlar.

Homoseksuallıq Afrikanın 38 ölkəsində qanunsuzdur. Yalnız Cənubi Afrika Respublikasında geylərin hüquqları tanınır və eynicinslilərin nikahı qanuni qəbul edilir. Lakin buna baxmayaraq, insanlar geyləri təhqir etmədən dayanmırlar. 2012-ci ilin iyun-noyabr aylarında regionda öldürülən yeddi nəfərin beşi lesbiyan olub. Buna görə də, Afrikanın bəzi ölkələri homoseksuallara qarşı cinayət törədənlərə sərt qanun tətbiq etməyə başlayıb. Uqandanın tətbiq etdiyi qanuna görə, 24 saat ərzində homoseksuallara qarşı zorakılıq barədə xəbər verməyənlər həbs oluna bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti