Qafqazda `Tələbə baharı`
Festivalda ictimai birliklərin rəhbərləri,tələbə və gənclər üçün KİV –lərin nümayəndələri , eləcə də Ulyanovskda keçirilmiş “Rusiya Tələbə Baharı" 21-ci ümumrusiya festivalının qalibləri təmsil olunublar.
Festivalın təşkilatçıları İnquşetiya Hökuməti və Ümumrusiya ictimai təşkilatı olan “Rus Gənclər İttifaqıdır. "
İlk dəfədir ki, ölkədə bu səviyyədə tədbir keçirilir. Festivalın keçirilmə ənənəsinin daha uzun tarixi vardır. Qafqazda ilk belə tədbir 75 il əvvəl keçirilib. Uzun müddət isə bu ənənə unudulub. 2009-cu ildən isə Rusiya Federasiyası tərkibində Kabarda - Balkar Respublikasında tədbirin keçirilməsi gerçəkləşdirilib. 2012 –ci ildə festival sərhədlərin daha da genişləndirərək yalnız Rusiya və Cənubi Qafqazda deyil (Türkmənistan istisna olmaqla) MDB məkanında da keçirilməyə başlayıb.