Ölənlərin sayı 100 mini keçdi– VİDEO

Ölənlərin sayı 100 mini keçdi– VİDEO
  27 İyun 2013    Oxunub:1380
Suriyada davam edən vətəndaş müharibəsi 100 min nəfərin həyatına son qoyub.
AzVision.az The Huffington Post-a istinadən məlumat verir ki, Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə qrupu bildirib ki, ölkədə davam edən vətəndaş müharibəsi nəticəsində ölənlərin sayı artıq 100,191 nəfərə çatıb. Qrupun məlumatına görə, ölənlərin 36,661 nəfəri Bəşər Əsədin tərəfdarıdır. Əsədi devirməyə çalışan üsyançılardan isə 18 min nəfər ölüb. Onların 2,518 nəfəri başqa dövlətlərin əsgərləridir.

Qrupun direktoru Rami Əbdülrəhman söyləyib ki, döyüşən tərəflərin heç biri ölənlərin sayını düzgün açıqlamır. Buna görə də, həlak olanların sayı yüksək ola bilər.



AzVision.az


Teqlər:  





Xəbər lenti