3D beyin xəritəsi

3D beyin xəritəsi
  21 İyun 2013    Oxunub:1835
Alimlər 65 yaşlı qadının beynini 7400 hissəyə bölməklə insan beyninin 3D xəritəsini yaradıblar.
Tədqiqatçılar və həkimlər 3D beyin xəritələrindən istifadə edərək insanlar fikirləşdikdə onların beyninin hansı hissəsinin məşğul olduğunu asanlıqla aşkar edirlər. AzVision.az-ın Washington Post-a istinadən verdiyi məlumatına görə, beyin xəritələri ilə həkimlər həmçinin əməliyyat zamanı onun xırda hissələrini və onların funksiyasını müəyyənləşdirə bilirlər.

Xəritənin yaradıcıları Kanada və Almaniya tədqiqatçılarıdır. Onların yaratdıqları 3D formatlı xəritə insan beynini 50 dəfə böyütmək imkanına malikdir. Tədqiqatçıların ixtirası “Science” jurnalında dərc olunub. Alimlər bu ixtiranı “Big Brain” adlandırıblar.

İnsanlar beyin, yaş və fərdi cəhətdən müxtəlif olsalar da 3D xəritəsinin funksiyası dəyişmir: o xırda detalları böyüdərək effektiv müalicə etməyə imkan yaradır.

AzVision.az


Teqlər:





Xəbər lenti