Sanksiyalar İranı yola gətirəcək

Sanksiyalar İranı yola gətirəcək
  21 İyun 2013    Oxunub:1477
Amerika rəsmiləri hesab edir ki, tətbiq olunan sanksiyalar İrana təsir edəcək.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, ölkəyə qoyulan sanksiyalar iqtisadiyyata zərər vurduğu üçün əhali dəyişiklik gözləyirdi. İyunun 14-də prezident seçkilərində Həsən Ruhaninin qalib gəlməsi məhz bu istəyin nəticəsidir.

Digər tərəfdən Ruhaninin prezident seçilməsi ABŞ-da müzakirələrə səbəb olub. ABŞ hətta düşünür ki, sanksiyaları yumşaltsa, bəlkə Tehran nüvə proqramında dəyişiklik edəcək.

“Düşünürəm ki, administrasiya İrana qoyulan sanksiyaları yumşaltmalıdır. Çünki yeni prezident Həsən Ruhanidən sonra İranın nüvə siyasətinin qismən yumşaldığı görünür” – analitik Kliff Kupçan söyləyib.

ABŞ rəsmiləri bildiriblər ki, İrandan heç bir konkret təklif gəlməsə, ABŞ sanksiyaları ləğv etmək və ya yumşaltmaq üçün addım atmayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti