Merkel Hitlerin qızıdır - VERSİYA

Merkel Hitlerin qızıdır - VERSİYA
  20 İyun 2013    Oxunub:8164
Avropada Angela Merkelin Adolf Hitlerin qızı olduğu barədə gəzən söz-söhbətlər azalmaq bilmir.

Almaniya Kansleri Anqela Merkelin Adolf Hitlerin doğma qızı olması barədə yayılan şayiələr Avropada qəribə canlanma yaradıb. Məsələn nə Rusiya , nə də Amerika xüsusi xidmət orqanları üçün sirr deyil ki, Merkel fürerin dondurulmuş spermalarından doğulub. Bununla yanaşı, Avropada gəzən söz-söhbətlərə görə, məhz Rusiyanın Dövlət Təhlükəsizlik Komitəsi və Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi gələcəkdə “ətəkli” Hitler yetişdirmək üçün səylərini birləşdiriblər.



Fürerin uşaqlarının sayını artırılması ideyasının müəllifi nasist Almaniyasında məşhur ginekoloq Karl Klauberqdir. Məlum olduğu kimi, o, insanların süni yolla çoxalması üzrə təcrübələr aparıb. Elə həmin təcrübələr əsasında fürerin spermalarını dondurub və gələcəkdə onlardan istifadə olunub.

Gələcək uşağın suroqat anası olaraq Adolf Hitlerin sevgilisi Eva Braunun kiçik bacısı Marqaret(Qretel) Feqeleyn seçilib. Bu versiyaya əsasən süni yolla Hitlerdən hamilə qalan Qretel 9 aydan sonra, 1954-cü il aprelin 20-də (rəsmi sənədlərdə Merkelin doğum günü 17 iyul göstərilir-red.) Anqela Merkeli dünyaya gətirib. O daha sonra övladlığa verilib.

Süni mayalanma üzrə mütəxəssislər təsdiq edirlər ki, həqiqətən də süni mayalanma yolu ilə ilk uşaq məhz 1954-cü ildə doğulub. Bununla yanaşı qeyd olunur ki, spermaların dondurulması ilk dəfə 1949-cu ildə mümkün olub. Hitlerin bu kəşfdən 4 il əvvəl öldüyünü nəzərə alan bəzi həkimlər isə Merkelin Hitlerin qızı ola biləcəyini istisna edirlər. Lakin onu da nəzərə almaq lazımdır ki, bəzi alman mənbələrində bildirilir ki, Hitlerin 1945-ci ildə ölməyib və qaçıb gizlənib. Odur ki, Anqela Merkelin həqiqətən də Hitlerin doğma qızı olduğu güman edilir.





Səbinə Həsənova
AzVision.az


https://azvision.az/redirect.php?url=http://www.thecontroversialfiles.net/2013/03/angela-merkel-hitlers-daughter.html

https://azvision.az/redirect.php?url=http://www.helpfreetheearth.com/news501_Merkel.html






Teqlər:  





Xəbər lenti