Bülent Arınç istefa verib?!

Bülent Arınç istefa verib?!
  20 İyun 2013    Oxunub:1213
Onu fikrindən Abdullah Gül daşındırıb
Türkiyənin baş nazir müavini Bülent Arınçın istefa verməsi ilə bağlı yayılan xəbərlər ölkə mətbuatında gündəmə gəlib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, belə ki, Taksim gəzinti parkındakı hadisələrlə bağlı Nazirlər Kabinetinin yığıncağı keçirilib.

Yığıncaqda Bülent Arınçla Ərdoğanın mübahisəsi yaranıb. Bundan qəzəblənən nazir müavini həm nazirlikdən, həm də partiyadan istefa verəcəyini deyib yığıncağı yarımçıq tərk edib.

Bülent Arınçı fikrindən daşındırmağın mümkünsüzlüyünü görən nazirlər prezident Abdullah Gülə müraciət ediblər.

Nəticədə, Abdullah Gül Bülent Arınçı istefa fikrindən daşındıra bilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti