Pilotsuz təyyarələr kəşfiyyatda

Pilotsuz təyyarələr kəşfiyyatda
  20 İyun 2013    Oxunub:1135
Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Robert Müller terrorçuları izləmək üçün pilotsuz təyyarələrdən istifadə olunduğunu ilk dəfə etiraf edib.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Müller bildirib ki, Milli Təhlükəsizlik Agentliyi (MTA) terrorçuları müəyyən etmək üçün nəzarətçi pilotsuz təyyarələri işlədib. O vurğulayıb ki, pilotsuz təyyarələrdən nadir hallarda istifadə edilib.

Kaliforniya senatı Dayan Faynştayn Müllerdən bu məsələnin təfərrüatlarını – pilotsuz təyyarə kəşfiyyatı nəticəsində əldə olunan video görüntüləri tələb edib. O söyləyib ki, pilotsuz təyyarələrdən istifadə amerikalıların həyatlarını təhlükə altına atır.

Müller isə öz növbəsində bildirib ki, MTA-nın keçirdiyi kəşfiyyat Əl-Qaidə qrupu və ya başqa xarici terror şəbəkələri ilə əlaqədə olan xarici vətəndaşların ələ keçirilməsində həlledici rol oynayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti