Türkiyənin zəifləməsində maraqlı olan qüvvələr var

Türkiyənin zəifləməsində maraqlı olan qüvvələr var
  20 İyun 2013    Oxunub:1185
Əhməd Davudoğlu:`Türkiyədə aksiyalar qabaqcadan düşünülmüş şəkildə həyata keçirilir`
Qətərin "Əl-Cəzirə" telekanalına müsahibə verən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkədəki vəziyyətlə bağlı bir sıra vacib məsələlər haqda danışıb.

Türkiyədəki aksiyaların planlı şəkildə həyata keçirildiyini deyən xarici işlər naziri bəyan edib ki, ölkəsinin zəifləməində maraqlı olan qüvvələr var. Davudoğlu kənar qüvvələrin məkrli siyasətinə yol verməyəcəklərini vurğulayıb.

Suriya məsələsinə gəlincə Türkiyə xarici siyasət idarəsinin rəhbəri "bu ölkəyə hər hansı kənar müdaxilə ən səhv addım olardı" deyib.

Davudoğlu İrandakı yeni hakimiyyətin regional məsələlərdə fərqli davranışlar nümayiş etdirəcəyinə ümidvar olduğunu da bildirib..

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti