İranın köhnə və yeni prezidentləri görüşdülər

İranın köhnə və yeni prezidentləri görüşdülər
  19 İyun 2013    Oxunub:1519
İranın hazırki prezidenti Mahmud Əhmədinecat prezident seçkilərində qələbə qazanan Həsən Ruhani ilə bir araya gəlib.
Görüş Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzində baş tutub. Görüşdə İranın Ali Dini Liderin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, prezident seçkilərində namizəd olan Səid Cəlili də iştirak edib.

Əhmədinecat və Ruhani gündəlikdə olan bəzi məsələlər və ölkənin gələcəyi ilə bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, Həsən Ruhani iyunun14-də 50 faizdən çox səs toplayaraq İranın yeni prezidenti seçilib.

Həsən Ruhani səlahiyyətlərinin icraasına avqust ayının 4-də rəsmi and içmədən sonra başlayacaq.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti