İran prezidentindən Qərbə mesaj

İran prezidentindən Qərbə mesaj
  19 İyun 2013    Oxunub:1082
İranın yeni prezidenti Həsən Ruhani Twitter sosial şəbəkəsində öz fotosunu paylaşıb.
AzVision.az The Huffington Post-a istinadən məlumat verir ki, İranın yeni seçilən prezidenti Həsən Ruhani Twitter səhifəsində 2003-cü ildə İranda yerləşən Amerika xəstəxanasında çəkdirdiyi fotosunu paylaşıb. Ruhani İranın Bam şəhərindəki zəlzələdən sonra xəsarət alanlara baş çəkmək üçün xəstəxanaya gedibmiş.

Fotonu yerləşdirməklə Ruhani dünyanı, xüsusilə ABŞ-ı inandırmağa çalışıb ki, o “mülayim” mövqe nümayiş etdirir və Qərb ölkələri ilə əməkdaşlıq etməyə hazırdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti