Ermənilər İngiltərə şahzadəsini özününkiləşdirir

Ermənilər İngiltərə şahzadəsini özününkiləşdirir
  17 İyun 2013    Oxunub:1784
Biz də deyirik bu ermənilər niyə İngiltərə Şahzadəsini qonaq dəvət ediblər?!
Belə getsə ermənilər hər şeyi özününkiləşdirəcəklər... Bir müddət əvvəl “The Times” qəzetində şahzadə Uliyamın “Böyük Britaniyanın ilk hind əsilli kralı ola biləcəyi” ilə bağlı məqalə dərc edilib. Başqa sözlə desək şahzadənin milliyyətinin hind olduğu haqqında dəlillər irəli sürülüb.

Bu məqalə ilə “The Times” həm də erməni oğrularının “yadına daş salıb”. Sən demə, ermənilər desin ki, guya Uliyamın nənəsinin nənəsinin nənəsinin nənəsinin nənəsi Eliza Kevark erməniymiş. Times bir “səhv” edib şazhzadənin ulu nənəsi Elizanın XIX-cu əsrdə Hindistanda yaşadığını və onun əslən erməni olduğunu yazıb. Sonra isə Uliyamın hind olduğunu qeyd etməklə ermənilərin canına od salıb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, “Haqsızlığa” uğrudaqlarından yanıb tüstülə-tüstülənə, tələm-tələsik əl-ayağa düşüb “Times”a qarşı yeni iddia qaldırıblar ermənilər: “Axı qəzet özü qeyd edib ki, Eliza Kevark erməni qızıdır!”

“Times”a da “Times” deyəllər... Sanki ermənilərin belə bir iddia qaldıracaqlarını qabaqcadan bilirmiş kimi yazıb: “ Eliza qeyd etdiyimiz kimi erməni qızı olub. Lakin aparılan genetik araşdırmalar sübut edib ki, onun anası hind olub. Bədənimizin hər bir hüceyrəsi mitoxondri adlanan kiçik-kiçik yanacaq anbarlarından ibarətdir. Həmin bu mitoxondrial RNT-nin əsass xüsusiyyətlərindən bir də budur ki, onlar atanın heç bir iştirakı olmadan anadan uşağa keçir. Bu isə o deməkdir fərdin RNT-si , uşağın anasının və ya onun anasının anasının RNT-si ilə eynidir (“Mitoxondrial Həvva” termini d buradan irəli gəlir-red. ).”

Bu baxımdan, nəzərə alsaq ki, şahzadənin ulu nənəsi Eliza Kevarkın anası hind olub, deməli o da anası ilə eyni RNT-yə sahibdir. Və atasının erməni olması heç nəyi dəyişməyib. Eliza hindir ki hindir! Bununla da belə nəticəyə gəlmək olar ki, Şahzadə Uliyamın qanında erməni yox, hind qanı axır. Elə Elizanın Uliyamdan başqa iki nəticəsi testdən keçib və hind olduqları təsdiqini tapıb. O da istisna edilmir ki, Elizanın ata-babası bir zamanlar Ermənistana köçən hindlərdən olub. Bu isə o deməkdir ki, Elizanın, dolayısıyla şahzadə Uliyamın ermənilərə heç qarışacağı yoxdur.

Xatırladaq ki, İngiltərə Şahzadəsi Çarlz may ayında Ermənistanda iki günlük səfərdə olub.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti