Putin üzük oğurlayıb?

Putin üzük oğurlayıb?
  17 İyun 2013    Oxunub:2379
25 min dollar dəyərində “Super Bowl” üzüyü Kremlinin kitabxanasındadır.
AzVision.az rus mətbuatına istinadən məlumat verir ki, üzüyün sahibi Robert Kraft onun Rusiya prezidenti Vladimir Putin tərəfindən oğurlandığını iddia edir. Hadisə səkkiz il əvvəl Kraftın Sankt Peterburqa səfəri zamanı baş verib. Kraft bildirib ki, üzəri brilyant qaşlı “Super Bowl” üzüyü hədiyyə deyil və onu geri istəyir.

2005-ci ildə Kraft üzüyü Putinə göstərir. Prezident onu barmağına taxaraq “bununla adam öldürmək də olar” – deyə söyləyir və sonra onu cibinə qoyaraq otağı tərk edir.



Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov söyləyib ki, Putin amerikalı milyarder Robert Krafta başqa bir üzük göndərəcək.

Kraft daha sonra keçmiş ABŞ prezidenti Corc Buşun təkidi ilə bildirib ki, üzük Putinə hədiyyədir. Buşun sözlərinə görə, üzük qalmaqalı iki ölkənin münasibətlərinə xələl gətirə bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti