Suriya kimyəvi silah ittihamını rədd edir

Suriya kimyəvi silah ittihamını rədd edir
  15 İyun 2013    Oxunub:2666
ABŞ üsyançılara qarşı kimyəvi silah işlətdiyinə görə müxalifət qüvvələrinə hərbi yardımla bağlı qərarından sonra Suriya özünü təmizə çıxartmaq üçün çoxlu yalanlar söyləyib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Ağ Evin Suriya hakimiyyət qüvvələrinin üsyançılara qarşı kimyəvi silahdan istifadə etməsi barədə dəlilinin olduğunu bildirdikdən sonra, prezident Barak Obama üsyançılara hərbi yardım göstərilməsi barədə qərara gəlib. Üsyançıların komandiri general Səlim İdris söyləyib ki, bu, “çox vacib addımdır”.

Suriyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ bu qərara bəraət qazandırmaq üçün “saxta informasiya”dan istifadə edib. “Vaşinqton “ucuz taktika”dan istifadə edərək Obamanı haqlı çıxarmağa çalışıb” – Nazirliyin məlumatında göstərilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti