İran Türkiyə və İraqla sərhədləri bağladı

İran Türkiyə və İraqla sərhədləri bağladı
  14 İyun 2013    Oxunub:1297
Prezident seçkiləri ərəfəsində İran Türkiyə və İraqla sərhədləri bağlamaq qərarına gəlib.
İran, prezident seçkiləri ərəfəsində təhlükəsizlik tədbirləri çərçivəsində həm Türkiyə, həm də İraqla sərhədləri bağlayıb. İranın daxili işlər nazirinin müavini Əli Abdullaxaninin sözlərinə görə ölkəsi İlam, Qərbi Azərbaycan və Kirmanşah sərhədlərini bağlayıb. Abdullaxaninin sözlərinə görə bu bölgələrin qubernatorları sərhədlərin bağlanması ilə bağlı İran Daxili İşlər nazirliyinin Təhlükəsizlik Şurasına müraciət edib və müraciətlər təsdiq edilib.

“Bu istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, buna baxmayaraq İran vətəndaşları istənilən ölkələrinə qayıtmaqda sərbəstdirlər” – Abdullaxani bildirib və əlavə edib ki, yuxarıda adları çəkilən bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsinə ehtiyac var.

Qeyd edək ki, İranda prezident seçkilərinə səsvermələr yerli vaxtla bu gün saat 18-00-dək davam edəcək. Əgər namizədlərdən heç biri 50 faiz səs toplaya bilməsə iyunun 21-də seçkilərin ikinci mərhələsi keçiriləcək. bu isə o deməkdir ki, sərhədlər daha 7 gün bağlı qalacaq.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti