Edinburq universitetinin araşdırmasına görə şahzadə Vilyam Hindistan əsilli imiş.
AzVision.az The Daily Mail-ə istinadən məlumat verir ki, Kembric şahzadəsinin qohumları ilə yarı hindli qadının tüpürcəyi analiz edilib. Məlum olub ki, şahzadə kral nəslinin ana tərəfdən Hindistanla əlaqəsi vardır. Beləki, RNK analizinin nəticəsinə görə, şahzadə Vilyamın ulu nənəsi Eliza Kevark yarı hindli olub. Kevarkın nəslində müşahidə olunan və nəslə yalnız ana xətti ilə ötürülən mitaxondrial RNK digər 14 hindlidə aşkar olunub. Edinburq universitetinin alimi söyləyib ki, şahzadə bu RNK-nı öz uşaqlarına ötürə bilməz.