`Biz hələ də ABŞ-dan silah gözləyirik` - Yatsenyuk

`Biz hələ də ABŞ-dan silah gözləyirik` - Yatsenyuk
  12 Sentyabr 2015    Oxunub:2053
Donbas münaqişəsinin hərbi yolla həllinə inamın olmamasına baxmayaraq, Ukrayna hələ də ABŞ-dan müdafiə xarakterli silahların tədarük ediləcəyini gözləyir.
AzVision.az “112 Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Arseniy Yatsenyuk bildirib.

“Biz hücum silahları istəmirik. Biz ordumuzu gücləndirmək üçün müdafiə xarakterli silahların tədarük edilməsini istəyirik”, - deyə Yatsenyuk vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ vitse-prezidenti Co Baydenlə hərbi-texniki sahədə əməkdaşlıq məsələlərini müzakirə edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti