AKP-nin qurultayı başladı: `Allah bizə güc versin`
Baş nazir daha sonra çıxış edərək “Biz hər zaman birlik üçün bir yerdəyik. Hər zaman bizi dəstəkləmisiniz. Çətin günlərdə bizim bayraqlarımızı dalğalandırdığınız üçün qürur duyuruq. Allah səsimizi hər zaman gur eləsin. Vətən uğrunda şəhid olan əsgərlərimizin əmanətini qoruyub saxlamaq üçün Allah bizə güc versin”-,deyə bildirib.
AKP sədrinin müavini Süleyman Soylu 1275 nümayəndənin iştirak etdiyi qurultayı açıq elan edib. Qurultayda AKP-nin 40 min üzvü və qonaqlar iştirak edir. Qurultaya 1445 nümayəndə seçilib.
Qeyd edək ki, qurultayda Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri də qonaq kimi iştirak edir. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyətinə partiyanın Səbail rayon təşkilatının sədri, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və partiyanın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı daxildir.
AzVision.az
Teqlər: