Türk konsul miqrantlara qayıq satırmış
“Nazir elə indicə onun müvəqqəti olaraq işdən uzaqlaşdırılması barədə qərar qəbul edib”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, belə bir qərar verilməsinə səbəb televiziyada reportajın verilməsidir. Belə ki, fəxri konsula məxsus olduğu ehtimal olunan mağazada üzmək üçün avadanlıqlar satılıb. Reportajda göstərilir ki, mağazanın qarşısında Fransa bayrağı dalğalanır. Fransa KİV-nin məlumatına görə, reportaj Türkiyənin Bodrum şəhərində çəkilib. Miqrantlar məhz bu şəhərdən Yunanıstana keçirlər.
Eldar Tanrıverdiyev
AzVision.az