1 milyon azərbaycanlı hansı ölkəyə gedib?

1 milyon azərbaycanlı hansı ölkəyə gedib?
  11 Sentyabr 2015    Oxunub:2338
2015-ci ilin yanvar – avqust aylarında Gürcüstana səfər edən xarici vətəndaşların sayı ötən illə müqayisədə 5,9% artaraq təxminən 3 milyon 922,4 min insana çatıb.
AzVision.az `Sputnik-Georgia`ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Turizm Administrasiyası xəbər yayıb.

Gürcüstana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə, Ermənistan liderdir. Belə ki, bu ölkədən Gürcüstana səfər edənlərin sayı 944 min 029 nəfərdir. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14%-dən çoxdur.

Gürcüstana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə, ikinci pillədə Azərbaycan gəlir. Ölkəmizdən Gürcüstana səfər edənlərin sayı isə 932 min 054 nəfərdir. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8% çoxdur.

Xarici Turistlərin sayına görə, üçüncü pillədə isə Türkiyə gəlir. Müvafiq dövr ərzində 926 min 755 nəfər Gürcüstana gəlib ki, bu da ötən ilki göstəricidən 6% azdır

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti