`Avropa Parlamentində hər qətnamənin öz qiyməti var`

`Avropa Parlamentində hər qətnamənin öz qiyməti var`
  11 Sentyabr 2015    Oxunub:2999
Bu sözləri Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri, internet media ekspert Səbuhi Abbasov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməni şərh edərkən deyib.

S.Abbasov bildirib ki, Azərbaycanda söz və məlumat azadlığınin təmin olunub, ölkədə onlarla siyasi partiya, yüzlərlə QHT, media orqanı heç bir maneə olmadan fəaliyyət göstərir.

- Cəfəngiyyatla dolu bu qətnamənin qəbulu birmənalı şəkildə Avropa Parlamentinin regionda olan-qalan nüfuzunu da məhv etmiş oldu. Yaxın Şərqdə baş verən proseslərin xəritəsi də məhz Avropa Parlamentinin üzvü olan bəzi ermənipərəst qərb liderləri tərəfindən cızılıb. Mənzərə göz önündədir. Ölkələr viran qalıb, əhalisi isə Avropaya qaçmaq məcburiyyətində qalıblar. Məncə, bu gün əsl sanksiya tətbiq olunası ölkələr varsa da, o da Avropa ölkələridir. Dünyanın siyasi düzənini açıq hərraca çıxardaraq istənilən qətnaməni qəbul etməsi Avropa Parlamentinin iç üzünü bir daha ortaya qoymuş oldu. Avropa Parlamentində hər qətnamənin öz “qiyməti” var. Pulunu ver, yazdır. Bu mənada biz də ASGA olaraq müxəlif dillərdə Avropa Parlamentinə etiraz edəcəyik,– deyə S.Abbasov bildirib.


Teqlər:





Xəbər lenti