Ermənilər Qarabağda ağır itki verdi - 6 hərbçi öldü

Ermənilər Qarabağda ağır itki verdi - 6 hərbçi öldü
  11 Sentyabr 2015    Oxunub:6869
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda ermənilərə məxsus hərbi maşın minaya düşərək partlayıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində sürücü və 5 erməni hərbçi həlak olub.

Məlumatda hadisənin sentyabrın 9-u, Ermənistan-Azərbaycan sərhədində baş verdiyi bildirilir.

Ermənistan hakimiyyəti bu faktı ictimaiyyətdən gizlətməyə çalışsa da, buna müvəffəq ola bilməyib. Belə ki, jurnalistlərin bu barədə məlumat yaymasından sonra qondarma “Dağlıq Qarabağ” rejimi faktı təsdiqləməyə məcbur olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti