Avstriyada ən böyük məscid söküləcək
AzVision.az Almaniyanın “Die Tagespresse” qəzetinin yaydığı məlumata əsasən bildirir ki, “Azad Avstriya Partiyası”nın rəhbəri Haynz Kristian Ştraxe mətbuat konfransında çıxışı zamanı Vyanadakı nəhəng məscidin söküləcəyini deyib. Partiya sədiri məscidin sökülməsindən ötrü müxtəlif bəhanələr gətirərək, onun Vyanın mərkəzi üçün çox nəhəng olduğunu, eləcə də teatr, opera, muzey və konsert mərkəzləri arasında yerləşməsinin uyğun olmadığını söyləyib.
Partiya sədri həmçinin bildirib ki, “mən hər gün şəhərdə müxtəlif dillərdə danışan, başı örtüklü, tamamilə qapalı geyinmiş insanlar görürəm. Özümüm İraqda, yaxud Afrikadakı kimi hiss edirəm”.
Ən önəmli məqam isə “Azad Avstriya Partiyası” sədrinin fikirlərində öz əksini tapıb. O, bildirib ki, məscidi sökdükdən sonra həmin yerdə katolik kilsəsinin tikilməsinə nail olacaq.
Fərrux Həsənov
AzVision.az
Teqlər: