`Qaçqınlara yiyə durun!` - Avropadan tələb

`Qaçqınlara yiyə durun!` - Avropadan tələb
  10 Sentyabr 2015    Oxunub:1869
Almaniya, Fransa və İtaliya digər Avropa Birliyi ölkələrindən qaçqınları qəbul etmələrini tələb ediblər. Mövcud vəziyyət rəsmi Berlin, Paris və Romanın qaçqın siyasətində ciddi islahatın keçirilməsini qaçılmaz edir.

Qaçqınların qəbulu ilə əlaqədar qeyd olunan hər üç ölkənin xarici işlər nazirləri – Frank Valter Ştaynmayer, Laurent Fabius və Paolo Centilioni birlikdə hər ölkə üzərində düşəcək miqrant qəbulu kriteriyalarının əks olunduğu 5 səhifəlik sənəd tərtib ediblər.

Qəbul edilmiş yeni sənəddə əsas bənd Avropanın cənub sərhədlərinin miqrant axınından mühafizə olunmasına aiddir. Əsasən Yunanıstan və İtaliya tərəfdəki sərhədlərinin güclü mühafizəsi də prioritet mövzu olaraq sənəddə əksini tapıb.

Avropa İttifaqının Lüksemburqda baş tutacaq növbəti məsləhətləşmələrində gündəlikdə duran əsas müzakirə predmeti 5 səhifəlik ümumi miqrant qanunun tam qəbul olunması, eləcə də hər ölkə üzrə əməl olunmalı başqa şərtlərin də detallı sənəddə qeyd olunacağı gözlənilir.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti