Lavrovdan etiraf: `Suriyada rus hərbçiləri var`

Lavrovdan etiraf: `Suriyada rus hərbçiləri var`
  10 Sentyabr 2015    Oxunub:2527
Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyada rus hərbçilərinin olduğunu təsdiqləyib. Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.
`Suriyada rus hərbçiləri var. Onlar artıq bir neçə ildir ki, ordadırlar. Onların orda olması İŞİD də daxil olmaqla digər ekstremist qruplarla qarşı mübarizə aparan Suriya ordusuna silahların çatdırılması ilə bağlıdır`, - deyə Lavrov qeyd edib.

XİN rəhbərinin sözlərinə görə, ruslar Suriya hərbçilərinə hərbi texnikaya yiyələnməyə və terrorçulara qarşı mübarizədə tətbiq etmək barədə hazırlıq kursları keçirlər.

Lavrov vurğulayıb ki, rəsmi Moskva bundan sonra da Dəməşqə kömək etmək niyyətindədir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti