Ruslar Putinin ən böyük uğursuzluğunu açıqladı - SİYAHI

Ruslar Putinin ən böyük uğursuzluğunu açıqladı - SİYAHI
  10 Sentyabr 2015    Oxunub:3471
Ruslar ölkə prezidenti Vladimir Putin korrupsiya ilə mübarizəsini onun ən böyük uğursuzluğu olduğunu adlandırıb.
AzVision.az `Gazeta.ru`ya istinadən xəbər verir ki, bunu "Levada-Sentr" tərəfindən keçirilən sorğuda rusların 29%-i bildirib.

Rəyi soruşulan rusların 17%-i Putinin ikinci əsas uğursuzluğu kimi ölkənin iqtisadi inkişafını göstərib. Uğursuzluq siyahısında üçüncü yeri isə respondentlərin 16%-i `Oliqarxlara nəzarət edə bilməsini `nı göstərib.

Respondentlər Putinin ən böyük nailiyyəti kimi isə Rusiya ordusunun döyüş qabiliyyətinin artırılmasını göstərib. Belə ki, rusların 36 faizi bu qənaətdədir. Rəyi soruşulan şəxslər Putinin uğurları sırasında ikinci pillədə ölkədə qayda qanunun bərpa olunması və sabit siyasi vəziyyətin dəstəklənməsini göstəriblər (27%). Putinin üçüncü uğuru kimi ölkə vətəndaşları Rusiyanın beynəlxalq mövqelərinin güclənməsini göstərib (27%).

Sorğu 21-24 avqust tarixlərində keçirilib. Sorğuda Rusiyanın 46 regionunda 134 yaşayış məntəqəsindən 800 insan iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti