ABŞ-da Ermənistan konsulluğunu yandırmaq istədilər
Qəzetin redaktoru Arut Sasunyanın sözlərinə görə, insident konsulluğun video-müşahidə kameralarına düşüb. Yerli vaxtla gecə 00:03-də binanın qarşısında maşın dayanır, bir nəfər maşından düşərək bina istiqamətində içərisində yandırıcı qarışıq olan butulka atıb. Binanın bir hissəsində yanğın izləri qalıb.
Polislər hadisə yerinə gələnə qədər cinayətkarlar ərazini tərk edib. Qlendeyl və ABŞ Dövlət Departamentinin Təhlükəsizlik Xidməti aktiv şəkildə məsələni araşdırır. Bu ABŞ-da, bəlkə də bütün dünyada Ermənistan diplomatik binasını hücuma məruz qaldığı ilk haldır.
Qlendeyl polisinin mətbuat xidməti `The California Courier` qəzetinin əməkdaşı ilə söhbətində bildirib ki, insidentlə bağlı araşdırma getdiyindən o, heç bir açıqlama verə bilməz.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: