Avrasiya İttifaqı Ermənistanın ümidlərini doğrultmadı – VİDEO

Avrasiya İttifaqı Ermənistanın ümidlərini doğrultmadı – VİDEO
  10 Sentyabr 2015    Oxunub:3015
İki il əvvəl, 2013-cü ilin sentyabrında Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Rusiyanın Gömrük İttifaqına, daha dəqiq desək Avrasiya İttifaqına daxil olmaq istəyini bəyan etmişdi. O, bu niyyətini Ermənistanın iqtisadi və təhlükəsizlik maraqları ilə əsaslandırmışdı.

Bəs görəsən ötən iki il ərzində Rusiya, Belarus, Qazaxstan, və Qırğızıstanın üzv olduğu Avrasiya İttifaqına daxil olmaq Ermənistana nə verdi?

Ermənistan rəhbərliyi tərəfindən verilən bütün vədlər puç oldu. Bunu düşmən tərəf özü də etiraf edir.

Ermənistanın “Mariflənmiş Vətəndaşlar Birliyi” adlı qeyri-hökümət təkilatı hazırlamış olduğu video materialla, Ermənistan iqtisadiyyatının son iki il ərzində vəziyyətini rəqəmlər və faktlarla əyani olaraq nümayiş etdirib.



Ermənistanın Avrasiya İttifaqına üzv olması ilə erməni ixracatçılarının 170 milyon istehlakçını əhatə edən nəhəng bir bazara daxil olması uğursuzluqdan başqa bir nəticə vermədi.

Rəsmi statistik məlumatlara əsasən, 2015-ci ildə Ermənistandan Rusiyaya ixracatın həcmi 2013-c ilin göstəricilərinə nisbətən 35 faiz aşağı düşüb.

Bununla yanaşı, Avrasiya İttifaqı ölkələrindən Ermənistana idxalın həcmi də müvafiq olaraq azalıb.

2013-c ilin birinci yarısında xarici ticarətin həcmi 2.7 milyard dollar olub. 2015-ci ilin birinci yarısında isə bu göstərici 2.2 milyard dollara bərabər olub. Nəticə etibarilə, xarici ticarətin ümumi həcmi 20 faiz aşağı düşüb.

Daxili rezervlər 2012-ci ildə 2.5 milyard dollar qeydə alındığı halda, eyni göstərici 2015-ci ildə 1.5 milyard dollar düşüb.

2014-cü ildə 10.3 milyard dollar səviyyəsində olan ümum daxili məhsulun həcminin 2015-ci ilin sonuna qədər 1 milyard dollar azalaraq 9.3 milyard təşkil edəcəyi gözlənilir. Beləliklə, ÜDM-in həcmində 10 faiz azalma qeydə alanacaq.

Ölkənin xarici borcu isə 2013-c ilin avqust ayının göstəricilərinə görə 4.3 milyard olub, hazırda isə 4.7 milyard dollara qədər artıb. Ümumilikdə Ermənistanın xarici borcu son iki il ərzində 10 faiz artıb.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti