Qarabağ münaqişəsi Londonda müzakirə edildi

Qarabağ münaqişəsi Londonda müzakirə edildi
  10 Sentyabr 2015    Oxunub:2069
Böyük Britaniya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun fəaliyyətini müzakirə ediblər.
Bu barədə AzVision.az “News.am`-a istinadən xəbər verir.

Məlumata görə, ötən gün Britaniyanın xarici işlər naziri Filipp Hammond Londonda erməni həmkarı Edvard Nalbandyanla görüşüb.

Tərəflər iki ölkə, Avropa İttifaqı-Ermənistan arasında əməkdaşlıq, İranın nüvə proqramı ətrafında yaranmış böhran, Ukrayna və Yaxın Şərqdəki vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun rolunun gücləndirilməsindən, qurumla qarşılıqlı əməkdaşlıqdan danışıblar.

Həmin gün Nalbandyan `BBC` telekanalına müsahibə verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti