Ayxan Tağızadə finalda

Ayxan Tağızadə finalda
  17 İyun 2015    Oxunub:3430
Bu gün Avropa Oyunlarında taekvando üzrə yarışlar davam edir.
AzVision.az xəbər verir ki, 68 kq çəki dərəcəsində tatami üzərinə çıxan Ayxan Tağızadə yarımfinalda rəqibi rusiyalı Aleksey Denisenko ilə görüşüb.

Gərgin keçən görüşdə Ayxan Tağızadə rəqibini 7:5 hesabı ilə udub və finala vəsiqə qazanıb.

Qeyd edək ki, Ayxan Tağızadə yarışa uğurlu start verib. O, sloveniyalı Yure Pantarı 11:3, ispan idmançısına isə 7-5 hesabı ilə qalib gəlib.

Görüşü izləyənlər arasında Azərbaycan prezidenti İlham Əliyevlə xanımı Mehriban Əliyeva da olub.




Teqlər:  





Xəbər lenti