Azərbaycan İtaliyanı uddu- Yenilənib

Azərbaycan İtaliyanı uddu- Yenilənib
  17 İyun 2015    Oxunub:4228
I Avropa Oyunları çərçivəsində Azərbaycan və İtaliyanın qadın voleybolçulardan ibarət yığma komandaları arasında görüş başlayıb.
AzVision.az-ın xəbərinə görə, ilk 2 turda Azərbaycan Rumıniyanı 3:1, Polşanı 3:0 hesabı ilə məğlub edib.

**

Voleybol matçında ilk set yekunlaşıb. Azərbaycan 25:22 hesabı ilə qalib gəlib.

**

İkinci setdən də qadın voleybolçularımız qalib ayrılıb. Belə ki, onlar 20:25 hesabı ilə italiyalı rəqiblərini məğlub edib.

**

Azərbaycan və İtaliya yığmaları arasında voleybol matçında üçüncü set yekunlaşıb. Qonaq komanda 25:22 hesabı ilə qalib gələrək set fərqini azaldıb - 1:2.

**

Dördüncü setdə oyunun taleyinə aydınlıq gətirilib. Belə ki, gərgin keçən görüşdə təmsilçilərimiz İtaliya yığmasına qalib gəlib - 22:24.

Oyunu izləyənlər arasında Azərbaycan prezidenti İlham Əliyevlə xanımı Mehriban Əliyeva da olub.




Teqlər:  





Xəbər lenti