Taekvondoçumuz 1/4 finalda

Taekvondoçumuz 1/4 finalda
  17 İyun 2015    Oxunub:1812
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən taekvondoçu Günay Ağakişiyeva və Ayxan Tağızadə ilk görüşlərini keçirib.
AzVision.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsindəki Ağakişiyeva ilkin mərhələdə serbiyalı Draqana Qladoviçlə üz-üzə gəlib.
Görüş Ağakişiyevanın məğlubiyyəti ilə yekunlaşıb - 8:4.

68 kq çəkidə yer alan Ayxan Tağızadə isə sloveniyalı Yure Pantarla üz-üzə gəlib. Görüş Tağızadənin qələbəsi ilə tamamlanıb - 11:3. O, 1/4 finalda ispaniyalı Joel Qonsales Bonilla ilə üz-üzə gələcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti