Azərbaycan neçə medal qazandı?

Azərbaycan neçə medal qazandı?
  17 İyun 2015    Oxunub:8886
Bu gün birinci Avropa Oyunları çərçivəsində keçirilən yarışların nəticələrinə görə Azərbaycan reytinq siyahısında ikinci yerdə qərarlaşıb.
AzVision.az xəbər verir ki, bu günə olan reytinq cədvəlində Rusiya birincidir.

Belə ki, kişi idmançılar arasında olan reytinq cədvəlində də 1-ci yerdə Rusiya, 2-ci yerdə Azərbaycandır.

Qadın idmançıların reytinq cədvəlində isə komandamız bir pillə irəliləyərək Rusiya və Macarıstandan sonra 3-cü yerə yüksəlib.

Ümumilikdə, Azərbaycan birinci Avropa Oyunlarında 8 qızıl, 3 gümüş və 8 bürünc medal əldə edib. Rusiya idmançıları isə 12 qızıl, 5 gümüş, 5 bürünc medal qazanıb. Ümumilikdə isə Rusiyanın 22, Azərbaycanın isə 19 medalı var.




Teqlər:  





Xəbər lenti