Azərbaycanın 8-ci qızıl medalı - FOTOLAR

Azərbaycanın 8-ci qızıl medalı - FOTOLAR
  17 İyun 2015    Oxunub:3665
Azərbaycanın qadın güləşçisi Anjela Doroqan birinci Avropa Oyunlarında qızıl medal qazanıb.

Anjela Doroqan qızıl medal uğrunda görüşdə Polşa təmsilçisi Roksana Zasinaya qalib gələrək çempion olub.

Qeyd edək ki, yarışda 53 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan çempionu ilk görüşdə türkiyəli Merve Kengerə qalib gəlib. Dörddəbir finalda macarıstanlı Mersedes Denesi məğlub edən Anjela Doroqan yarımfinalda Moldova təmsilçisi Nataliya Bududan üstün olub.

Fotolar: Nuron Məmmədov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti