Azərbaycan və Ermənistan yığmaları rəqib olmayacaq - UEFA

Azərbaycan və Ermənistan yığmaları rəqib olmayacaq - UEFA
  16 İyun 2015    Oxunub:2304
2018-ci ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının seçmə mərhələsinin püşkatması zamanı Azərbaycan və Ermənistan yığmaları ayrı qruplarda yer alacaq.
APA-nın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb kimi iki ölkə arasındakı siyasi durum göstərilir.

DÇ-2018-in seçmə mərhələsinin püşkatması 2015-ci ilin 25 iyul tarixində Sankt-Peterburqda baş tutacaq. DÇ-2018 Rusiyanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan və Ermənistan yığmaları uzun müddətdir dünya və Avropa çempionatlarının seçmə mərhələlərində ayrı-ayrı qruplarda yer alırlar.


Teqlər:





Xəbər lenti