“Özümü bədbəxt hiss edirdim…” - Həsən Əliyev

“Özümü bədbəxt hiss edirdim…” - Həsən Əliyev
  16 İyun 2015    Oxunub:8849
`Mənə layiq olmadığım dəyəri verdiniz`
Dünya və Avropa çempionu Həsən Əliyev Avropa Oyunlarından erməni güləşçiyə uduzduğu üçün ona bildirilən iradlara cavab verib.

İdmançımız bu barədə hisslərini sosial şəbəkədə yazdığı statusda qeyd edib: “Sözün əsl mənasında deməyə ifadə tapmıram. Bir onu deyə bilərəm ki, mənə layiq olmadığım dəyəri verdiniz, layiq olmadığım işi etdiniz. Buna görə millətim qarşısında baş əyirəm. Bir gün əvvəl özümü ən bədbəxt insan kimi hiss edirdim, bu gün məni ən xoşbəxt insan etdiniz. Bu yaxşılığın qarşısını sadəcə Allah verə bilər, mən acizəm!”

Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub. Yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşan dünya və Avropa çempionumuz Həsən Əliyev rəqibinə 5:8 hesabı ilə uduzub.




Teqlər:  





Xəbər lenti