Sabiq prezidentə ölüm hökmü

Sabiq prezidentə ölüm hökmü
  16 May 2015    Oxunub:1754
Misirin sabiq prezidenti Məhəmməd Mursi edam cəzasına məhkum edilib.
AzVision.az-ın məlumatına görə, Misirdə çevriliş yolu ilə vəzifəsindən uzaqlaşdırılan və daha sonra həbs olunan sabiq prezident Məhəmməd Mursi "Həmas"a məlumat ötürməkdə günahlandırılır.

Mursi ilə yanaşı "Müsəlman Qardaşlar" təşkilatının yüksək səviyyəli 14 səlahiyyətli şəxsinə də edam cəzası verilib. Məhkəmə şübhəlilərin sənədlərini müftiyə göndərib. Müftinin qərarından sonra məhkəmə qəti qərarını açıqlayacaq. (anspress)

Qeyd edək ki, Misir məhkəməsi 21 apreldə Mursini mühakimə edərək ona 20 il həbs cəzası vermişdi.


Teqlər:





Xəbər lenti