II Avropa Oyunları Hollandiyada keçiriləcək
Yığıncaqdan əvvəl Kosovo AOK-un sıralarına qəbul olunub. Bununla da qurumdakı ölkələrin sayı 50-yə çatıb.
Daha sonra 50 milli Olimpiya Komitəsinin nümayəndələrinin səsverməsi ilə 2019-cu ildə II Avropa Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib. Səsvermənin favoriti hesab edilən Hollandiya II Avropa Oyunları keçirmək hüququ əldə edib.
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-28-də Bakıda keçiriləcək. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.
Eldar Tanrıverdiyev
Azvision.az