Ermənistanda geniş etiraz dalğası gözlənilir

Ermənistanda geniş etiraz dalğası gözlənilir
  15 May 2015    Oxunub:3347
Ermənistanda elektrik enerjisinin tariflərinin növbəti dəfə artması geniş xalq narazılığına gətirib çıxarıb.
Trend “Aykayan jamanak” qəzetinə istinadən xəbər verir.

“Azadlıq meydanında ictimai müzakirənin keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə bəyanat yerləşdirilmişdi. Əlbəttə, söhbət professional səviyyədə müzakirədən getmirdi. Daha çox etiraz aksiyasına oxşayırdı. Bu “müzakirə” ötən axşam baş tutdu və gözlənildiyindən daha çox insan iştirak etdi. “Müzakirə”dən sonra onlarla insan Ermənistanın mərkəzi küçələrində “Oğurluğa yox!” şüarı altında yürüşə başladı. Beləliklə, etiraf etmək olar ki, elektrik enerjisinin tariflərinin artmasına qarşı hərəkat rəsmi olaraq başladı “, - deyə qəzet yazır.

Qəzetin materialında sonra qeyd olunur ki, tariflərin artmasının hamıya təsir edəcəyini və bu təsirin hiss ediləcəyini nəzərə alsaq, başlayan etiraz hərəkatının artacağını gözləmək lazımdır: "İştirakçıların nisbətən çoxluq təşkil etməsinə baxmayaraq, aksiyanın təşkilatçılarının kim olduğunu söyləmək qeyri-mümkündür. İki il öncə ictimai nəqliyyatda gediş haqlarının artmasına qarşı təşkil edilən aksiyalarla bu etiraz hərəkatının bir oxşar cəhəti var. O vaxt olduğu kimi indi də tariflərin artmasına görə inandırıcı arqumentlər gətirilmir. Yalnız üç il ərzində elektrikin 60 faiz artmasının vacibliyini əsaslandırmaq elə də asan deyil. Əlbəttə, bu faktdır ki, Ermənistanın energetika sistemi borc yığıb. Ancaq çoxdan məlumdur ki, bu borclar vəsaitin mənimsənməsi və pis idarəçiliyin nəticəsidir. Və bunda vətəndaşların günahı yoxdur. Sonuncular yalnız bir məsələdə günahkardır: tariflər tədricən artırıldıqda onlar etiraz aksiyasına çıxıb cavab zərbəsi endirmədilər. Amma həmişə “günahı yumaq” olur”.


Teqlər:





Xəbər lenti