Ermənilər ayağa qalxdı, Hökumət Evi mühasirədə - FOTOLAR

Ermənilər ayağa qalxdı, Hökumət Evi mühasirədə - FOTOLAR
  14 May 2015    Oxunub:3003
l“Nairit” kimya zavodunun keçmiş işçiləri İrəvanda Hökumət Evinin qarşısında etiraz aksiyası keçiribər.

Onlar əmək haqlarının ödənilməsi tələbiylə ikigünlük oturaq aksiyaya başlayıblar.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Etirazçılar növbəlilik prinsipi ilə gecəni də Hökumət Evinin qarşısında keçirəcəklərini açıqlayıblar.

"Nairit" kimya zavodunun keçmiş işçisi Tiqran Tadevosyan deyib ki, ikigünlük aksiyadan sonra da tələbləri yerinə yetirilməsə, oturaq aksiyalar davam edəcək.

Xatırladaq ki, zavodun rəhbərliyi bir ildən çoxdur, işçilərin maaşını ödəmir. İşçilər bundan əvvəl üç dəfə Prezident Administrasiyasının qarşısında etiraz aksiyaları keçirsələr də, tələblərinə nail ola bilməyiblər.

Eldar Tanrıverdiyev
Azvision.az

Qalereya




Teqlər:  





Xəbər lenti