Gey baş nazir sevgilisi ilə evlənir - FOTO

Gey baş nazir sevgilisi ilə evlənir - FOTO
  14 May 2015    Oxunub:7601
Lüksemburqun baş naziri Ksavye Bettel cümə günü sevdiyi oğlanla evlənəcək.
Bu barədə AzVision.az “Le Paris Match”-a istinadən xəbər verir.

Ksavye Bettelin 42 yaşı var və 2013-cü ilin dekabr ayından etibarən Lüksemburqun baş naziridir.

Bettel daha əvvəl də homoseksual olduğunu gizlətmirdi: “İnsan bir dəfə yaşayır və gizlənmək lazım deyil”.

Baş nazirin sevgilisi Olivie Destene ixtisasca heykəltəraşdır. “Los Anceles Tayms”a müsahibəsində Lüksemburqun baş naziri bildirib ki, ilk olaraq sevgilisi ona evlənmək təklifi edib: “O, mənə evlənmə təklif etdi və mən təklifi qəbul etdim”.

Qeyd edək ki, Lüksemburqda homoseksual nikahların bağlanmasına 11 ay əvvəl icazə verilib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti